Sosial şəbəkələrdə daha bir dələduzluq növü yayılıb.
Bizim.Media xəbər verir ki, bu barədə jurnalist Ceyhun Mustafayev paylaşım edib.
O bildirib ki, bəzi şəxslər qadın profili ilə “Instagram” sosial şəbəkəsində kişi profillərinə yazaraq onlara öz fotolarını göndərirlər. Daha sonra bu şəxslər qarşı tərəfdən də onlara foto göndərməsini istəyirlər.
Qarşı tərəf fotonu göndərdikdən sonra isə kişiləri “evli ola-ola başqa qızlarla yazışdığı üçün” hədələyərək, onlardan pul tələb edir.
Dələduzlar qeyd edirlər ki, vətəndaşlar karta istədiyi məbləği atmasalar, yazışmaları birbaşa həyat yoldaşlarına göndərəcəklər.
Hədəfə çevrilən C.Mustafayev qeyd edib ki, evli olmadığı halda onu “həyat yoldaşı” ilə hədələməyə cəhd ediblər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:48 / 12.09.2022
Sosial şəbəkələrdə yeni fırıldaq: “Kartıma pul at, yoxsa arvadına deyəcəm"
Hazırda oxunan: Sosial şəbəkələrdə yeni fırıldaq: “Kartıma pul at, yoxsa arvadına deyəcəm"
Hazırda oxunan: Sosial şəbəkələrdə yeni fırıldaq: “Kartıma pul at, yoxsa arvadına deyəcəm"
93368
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.