"Al Market" MMC barəsində cərimə protokolu tərtib edilib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsi 447.0.1-ci (mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılması) maddəsi ilə inzibati protokol tərtib edilib.
Protokol baxılması üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilib. İşə hakim Ülviyyə Şükürovanın sədriliyi ilə baxılacaq.
Məhkəmənin baxış iclası sentyabrın 21-nə təyin olunub.İddia təmin edilərsə, "Al Market" 6 min manatadək məbləğdə cərimə edilə bilər.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:51 / 12.09.2022
Məşhur mağazalar şəbəkəsinə böyük məbləğdə cərimə yazıldı - MƏHKƏMƏ
Hazırda oxunan: Məşhur mağazalar şəbəkəsinə böyük məbləğdə cərimə yazıldı - MƏHKƏMƏ
Hazırda oxunan: Məşhur mağazalar şəbəkəsinə böyük məbləğdə cərimə yazıldı - MƏHKƏMƏ
93343
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.