"Nazirlik və BŞTİ bizimlə müqavilə bağlamayıb" - BTE

Hazırda oxunan: "Nazirlik və BŞTİ bizimlə müqavilə bağlamayıb" - BTE

93326

Yeni dərs ilinə hazırlaşan və məktəbə gedəcək övladlarına hələ də forma ala bilməyən valideynlər Bakı Tikiş Evinin (BTE) satış mağazasının qarşısında və mağazanın içərisində izdiham yaradıblar.

Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə izdihamla bağlı videogörüntülər yayılıb.

Görüntülərdən də aydın olur ki, məktəblərin açılmasına az müddət qalsa da şagirdlərin forma problemi hələ də öz həllini tapmayıb.

Məsələ ilə bağlı Trend.az-ın suallarını cavablandıran "Bakı Tikiş Evi" ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov bildirib ki, gün ərzində 1200-1500 məktəbli forması istehsal edilir.
 

MÖVZU İLƏ BAĞLI:

Məktəbli forması ala bilməyən valideynlərin Bakı Tikiş Evinin önündəki İZDİHAMI - VİDEO


"Burada da 2 mağaza fəaliyyət göstərir. Həmin mağazalarda formaların satışı həyata keçirilir. Biz satdığımız məhsula zəmanət verə bilirik. Bu formalar başqa yerdə satılanda bir az baha satılır. "Bravo" supermarketlərinə də 6000 min forma verildi və satıldı. Biz çox məhsul istehsal edə bilmirik. Bir tikiş fabriki Bakıdakı bütün şagirdlərə məktəbli formasını necə istehsal edə bilər? Biz özəl müəssisəyik. Əsas işimiz hərbi paltarların tikilməsidir.

Ona görə də biz bütün işimizi atıb, yalnız məktəbli forması istehsal edə bilmərik. Bu barədə heç bir məsuliyyətimiz yoxdur.

Nə Elm və Təhsil Nazirliyi, nə də Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) bizə tapşırıq verib, müqavilə bağlamayıb. Keçən il məktəbli forması istehsal etdiyimiz üçün bu il də istədik ki, bu işə kömək edək. Lakin bir fabrik bütün tələbatı ödəyə bilməz", - deyə o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO