Payızda koronavirusa yoluxma arta bilər

Payızda koronavirusa yoluxma arta bilər

Hazırda oxunan: Payızda koronavirusa yoluxma arta bilər

93281

Yeni tədris ilinin başlanması ilə koronavirusa yoluxma sayı arta bilər. 

Bizim.Media xəbər verir ki, bunu Trend.az-ın sualına cavab olaraq infeksionist-hepatoloq Mərdan Əliyev bildirib. 

Onun sözlərinə görə, yoluxma halları əsasən orta məktəblərdə və universitetlərdə ola bilər. 

"Yoluxma hallarını artıra biləcək əsas səbəblər insanların bir yerdə toplaşması və mövsümə uyğun olaraq siniflərin az havalandırılmasıdır. Ancaq bu dəfə yoluxma halında çox artım baş verməyəcək. Müşahidələrimizdən görürük ki, əvvəlki yoluxma dalğası sürətli gedirdi.

Lakin son aylar dinamika aşağıdır. Bu da insanların çoxunun virusa yoluxub sağalması və peyvənd olunması ilə bağlıdır. Əhalidə kütləvi immunitet formalaşıb. Bu səbəbdən payız fəslində kütləvi və sürətli yoluxma gözlənilmir", - deyə infeksionist bildirib. 
Qeyd edək ki, dünənə olan məlumata görə, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 266 yeni yoluxma faktı qeydə alınıb, 459 nəfər müalicə olunaraq sağalıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO