Quba qəzasında bir nəfər itkin düşüb – ÖZƏL - FOTO

Quba qəzasında bir nəfər itkin düşüb – ÖZƏL - FOTO

Hazırda oxunan: Quba qəzasında bir nəfər itkin düşüb – ÖZƏL - FOTO

93222

Gecə saatlarında Qubanın Qrız Dəhnə kəndi ərazisində, Quba-Xınalıq yolunun 37-ci km-də baş verən qəzada bir nəfərin itkin düşdüyü deyilir.

Bizim.Media xəbər verir ki, Elxan adlı şəxsin qəza yerindən ayaqqabısı tapılıb.

MÖVZU İLƏ BAĞLI:

Quba qəzasında ölən şəxs iş adamıdır – YENİLƏNİB - ÖZƏL - FOTO


FHN-in əməkdaşları həmin şəxsin axtarışlarını aparır. Quba rayon polis şöbəsi itkin düşən şəxslə bağlı konkret məlumat açıqlamır.

Qeyd edək ki, ötən gün Quba-Xınalıq yolunda baş verən qəzada "Niva" markalı avtomaşın hündür yüksəklikdən dərəyə aşıb.

Nəticədə sürücü, rayonun Küsnət Qazma kənd sakini, 34  yaşlı Valid Beydullayev və sərnişin, Qəçreş kənd sakini, 52 yaşlı İlham Əhmədov hadisə yerindəcə ölüblər.

Sıldırımdan yerə düşən avtomaşını hadisə yerindən çıxarmaq hələ mümkün olmayıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO