“Bu günü gözləyirdik. Torpaqlarımız işğaldan azad edildi və ilk olaraq bizim kəndimiz bərpa edildi. Burada sakinlər üçün çox gözəl şərait yaradılıb.
Bizim.Media xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında sentyabrın 10-da Zəngilanın Ağalı kəndinə köçən Nailə Muradova söyləyib.
“Kəndimizi 33 yaşımda tərk etmişdim, 62 yaşımda qayıtdım. Yolboyu ürəyim sevinclə çırpınırdı. Allaha şükürlər olsun ki, indi doğma torpaqdayam. Buraya ailəmlə, övladlarımla gəlmişəm. Digər övladım isə öz ailəsi ilə birgə növbəti köç zamanı gələcək. Bu sevinci bizə yaşadanlara minnətdarıq”, - deyə o bildirib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:19 / 11.09.2022
Ağalı kəndini 33 yaşında tərk etmişdi - 62 yaşında qayıtdı
Hazırda oxunan: Ağalı kəndini 33 yaşında tərk etmişdi - 62 yaşında qayıtdı
Hazırda oxunan: Ağalı kəndini 33 yaşında tərk etmişdi - 62 yaşında qayıtdı
93194
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.