Cəlilabadda günəbaxan tumları istehsalı sexi yandı

Cəlilabadda günəbaxan tumları istehsalı sexi yandı

Hazırda oxunan: Cəlilabadda günəbaxan tumları istehsalı sexi yandı

93142

Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Cəlilabad şəhərinin Cavad xan küçəsində, 1982-ci il təvəllüdlü Rauf Məmmədova məxsus birmərtəbəli günəbaxan tumlarının istehsalı sexində qeydə alınıb. 

Yanğın hadisə yerinə cəlb olunan Cəlilabad rayon Yanğından Mühafizə Xidmətinin texnikaları və əməkdaşları tərəfindən söndürülüb. 
Hadisə nəticəsində ümumi sahəsi 360 kvadratmetr olan sexin yanar konstruksiyaları və içərisində olan avadanlıqlar 120 kvadratmetr sahədə yanıb. 

Faktla bağlı araşdırma aparılır.

Elşən Feyzullayev, Bizim.Medi - Cənub Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO