İmtahandan keçməyən müəllimlərə daha BİR İL ŞANS verilir: “Alınmırsa, gedib özlərinə başqa peşə tapsınlar”

İmtahandan keçməyən müəllimlərə daha BİR İL ŞANS verilir: “Alınmırsa, gedib özlərinə başqa peşə tapsınlar”

Hazırda oxunan: İmtahandan keçməyən müəllimlərə daha BİR İL ŞANS verilir: “Alınmırsa, gedib özlərinə başqa peşə tapsınlar”

93092

"Sertifikasiya imtahanının ikinci mərhələsindən keçə bilməyən müəllimlər işdən çıxarılacaq".

Bu barədə Azərbaycan Respublikası Elm və Təhsil naziri Emin Əmrullayev danışıb. 

Bizim.Media xəbər verir ki, nazirinin bu qərarına ictimai narazılıq da özünü çox gözlətməyib. 

Müəllimlər ikinci mərhələnin müsahibə yox, yenidən imtahan olması tərəfdarıdırlar. Onlar həyəcan, stress və digər amillərin imtahan göstəricilərinə təsir etdiyi üçün tam performans göstərə bilmədiklərini qeyd edirlər.

Təhsil eksperti Adil Vəliyev yaranmış vəziyyətlə bağlı qiymətləndirmə edib:

“Nəzərə alsaq ki, müəllimlər bizim övladlarımıza dərs keçirlər, əlbəttə ki, bir valideyn kimi hər birimiz övladımızın savadlı olmasını, onlara savadlı müəllimin dərs keçməsini istəyərik. Sertifikasiyadan kəsilən müəllimə 1 il daha şans verilir ki, hazırlaşıb imtahan versin. Müəllimlər də bu şansdan maksimum istifadə etməlidir. Bundan artıq nə etmək olar, müəllim əgər köklü savadsızdırsa, onu məktəbdən elə valideynlərin tələbi ilə xaric etmək lazımdır. Bizim başqa çıxış yolumuz yoxdur, müəllim dediyin ya savadlı olacaq, ya da gedib özünə başqa peşə tapacaq. Təhsil millətin gələcəyidir, bu sahədə kompromis öz kökünə balta vurmaqdır”.

Ekspert bu arada müəllimlərin gəlirləri ilə bağlı məsələyə də toxunub. Onun fikrincə beynəlxalq təcrübədə olduğu kimi, hər bir müəllimin maaşı onun savad göstəricisinə uyğun formalaşmalıdır: 

“İllərlə müəllimlər haqlı olaraq maaşından şikayət edib. Zaman-zaman da müəyyən artımlar olub. Ancaq beynəlxalq təcrübəyə də baxsaq görərik ki, müəllimin maaşı onun savadına görə əsasən müəyyən edilir. Hətta bunu Azərbaycandakı özəl məktəb-liseylərdə də görmək olar. Hər il demək olar ki, müəllimlər imtahan olunur və buna görə maaşlarında müəyyən artımlar olur. Gerçəklik hər bir fərdin özü ilə də bağlıdır, kor-koranə iradlar eləmək doğru deyil”. 

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO