Gəncədə lift təsərrüfatı ilə bağlı yeni Mərkəzləşdirilmiş Dispetçer Xidməti yaradılıb.
Bizim.Media-nın yerli bürosu Gəncə Şəhər İcra Hakimiyyətinə istinadən məlumat verir ki, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində yaradılan bu yeni mərkəz şəhər ərazisində fəaliyyət göstərən liftlərə xidmət edəcək və əhalinin bu məsələlərdə yaranmış olan problemlərinin həlli istiqamətində yardımçı olacaqlar.
Belə ki, vətəndaşlar “Qaynar xətt” ilə əlaqə saxlayaraq, yaranmış texniki problem barədə mərkəzə məlumat verdikdən sonra dərhal təmir briqadası həmin əraziyə yollanacaq və problemi aradan qaldıracaqlar.
Qeyd edək ki, Gəncədə 2013-cü ildən bu günədək binalarda sovet dönəmindən qalma və istismar müddətini başa vuran 163 lift yeniləri ilə əvəzlənərək sakinlərin istifadəsinə verilib.
Ölkə Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq Gəncədə 2013-cü ildə 70, 2021-ci ildə isə 93 ədəd yeni lift quraşdırılıb. Türkiyə və Belarusiya istehsalı olan qurğuların yükgötürmə qabiliyyəti 400 kiloqramdır.
Bundan başqa, əvvəlki liftlər saniyədə 0,70 metr məsafəni qət edirdilərsə, hazırda sürət artırılaraq saniyədə 1 metrə çatdırılıb. Bu gün Gəncə şəhər MKTİB-nin Lift şöbəsi şəhər ərazisində 201 ədəd liftə xidmət edir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
- A-
- A
- A+
Cəmiyyət
11:03 / 10.09.2022
Gəncədə lift xidməti yaradıldı - FOTO
Hazırda oxunan: Gəncədə lift xidməti yaradıldı - FOTO
Hazırda oxunan: Gəncədə lift xidməti yaradıldı - FOTO
93072
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.