Qobustanda qədim məzarlıq aşkarlandı - FOTO 

Qobustanda qədim məzarlıq aşkarlandı - FOTO 

Hazırda oxunan: Qobustanda qədim məzarlıq aşkarlandı - FOTO 

93059

Qobustan rayonunun Nabur kəndi istiqamətində qədim məzarlıq aşkar edilib. Tapıntı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran regional idarəsinin əməkdaşları tərəfindən müəyyən edilib. 

İdarənin rəisi Sabit Qurbanov bu barədə Bizim.Media-ya açıqlama verib ki, Xilə məzarlığı adlanan ərazi yarım hektara yaxın sahəni əhatə edir.

Buradakı məzarlar sadə baş daşlarından, damğalı daşlardan, dekorativ sənət nümunələri olan və tarixi mədəni keçmişimizi xatırladan daş sənduqələrdən ibarətdir. 

Bildirilib ki, Xilə məzarlığının orta əsrlərdən başlayaraq 19-cu əsrlərə qədər olan dövrə aid olduğu ehtimal edilir. Amma arxeoloq alimlərin araşdırmasından sonra dəqiq tarixi demək mümkün olar.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna rəsmi müraciət edəcək. Arxeoloqların bu qədim məzarlıqda geniş araşdırma aparmasına ehtiyac var.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO