Dünya səyyahlarının Şərqi Zəngəzura səfəri başlayıb - FOTO

Dünya səyyahlarının Şərqi Zəngəzura səfəri başlayıb - FOTO

Hazırda oxunan: Dünya səyyahlarının Şərqi Zəngəzura səfəri başlayıb - FOTO

93052

Azərbaycana gələn dünya səyyahlarının işğaldan azad olunan ərazilərə səfəri davam edir. Səfərin üçüncü günü səyyahlar Şərqi Zəngəzur marşrutu üzrə hərəkət ediblər.

Bizim.Media xəbər verir ki, dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Charles Veleyin rəybərliyi ilə 20-dən çox ölkədən 40 nəfərə yaxın səyyah heyətinin səfəri davam edir. 

Səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılmasına dair müstəsna əhəmiyyət daşıyır. Səyyahlar səfərin marşrutuna uyğun olaraq üçüncü gün Zəngilan və Cəbrayıl rayonlarına səfər edəcəklər.

Onlar Cəbrayıl və Zəngilan rayonlarında işğal zamanı ermənilər tərəfindən törədilən dağıntılarla, həmçinin viran edilmiş yurd yerləri, ekosid həyata keçirilmiş sahələrlə və azad olunan ərazilərdə tikinti quruculuq işləri ilə tanış olacaqlar. 

Həmçinin səyyahların Ağalı kəndinə və tarixi abidə olan Xudafərin körpüsünə səyahəti nəzərdə tutulub. 

Qeyd edək ki, bundan əvvəl ötən 1 ildə dünyanın biznes və turizm elitasını özündə birləşdirən əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC (Extremal Travellers International Congress), MTP (Most Travelled People), TCC (Travelers' Century Club), Nomadmania klublarının təsisçiləri, prezidentləri və tanınmış üzvləri səviyyəsində qrupların Qarabağ və Şərqi Zəngəzura 3 dəfə səfərləri təşkil olunub. 
Bu səfərlərə indiyədək ümumilikdə 25-ə yaxın ölkədən 100 nəfərdən çox beynəlxalq səyahətçi qatılıb. Bu, sayca 4-cü analoji səfərdir. Bu dəfə heyətdə daha çox ölkədən nümayəndələr iştirak edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO