İşçi Qrupu enerji məsələləri ilə bağlı seminar keçirdi - FOTO

İşçi Qrupu enerji məsələləri ilə bağlı seminar keçirdi - FOTO

Hazırda oxunan: İşçi Qrupu enerji məsələləri ilə bağlı seminar keçirdi - FOTO

93013

Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu çərçivəsində yaradılmış “Bərpa olunan enerjidən istifadə və enerji səmərəliliyi” İşçi Qrupunun təşkilatçılığı ilə onlayn seminar keçirilib.

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən Bizim.Media-ya verilən məlumata görə, “Bərpa olunan enerji üzrə dəstək mexanizmləri” mövzusunda keçirilən onlayn seminarda İşçi Qrupunun həmsədrləri - Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Mustafa Çalışkan, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin şöbə müdirinin müavini Cəbrayıl Əliyev və hər iki ölkənin aidiyyəti qurumlarından olan mütəxəssislər iştirak ediblər.

Görüşdə bərpa olunan enerji dəstək mexanizmi üzrə qanunvericilik, dəstək mexanizminin üsulları, bərpa olunan enerji mənbəyinə dair sertifikat sistemi və digər məsələlər üzrə fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.
Xatırladaq ki, Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu 21-22 dekabr 2021-ci il tarixlərində Bakıda keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO