Binəqədidə qadının qızıl boyunbağısını qarət edən şəxs tutuldu – FOTO/VİDEO

Binəqədidə qadının qızıl boyunbağısını qarət edən şəxs tutuldu – FOTO/VİDEO

Hazırda oxunan: Binəqədidə qadının qızıl boyunbağısını qarət edən şəxs tutuldu – FOTO/VİDEO

92996

Binəqədi rayonunda qadının qızıl boyunbağısını soyğunçuluq edərək alan şəxs saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə DİN mətbuat xidmətindən məlumat verilib.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə müraciət edən paytaxt sakini olan qadın Azadlıq prospektində yerləşən marketlərdən birinin yaxınlığından keçən zaman tanımadığı şəxsin ona yaxınlaşdığını və boynundan 700 manat dəyərindəki qızıl boyunbağını dartıb qaçaraq hadisə yerindən uzaqlaşdığını bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda SOYĞUN - Paytaxt sakininin 11 min manatı zorla əlindən alındı


Şöbə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Elvin Cabbarov saxlanılaraq istintaqa təqdim edilib. O, ifadəsində törətdiyi hadisəni etiraf edib və boyunbağını satdığını bildirib.

Qeyd edək ki, saxlanılan şəxsin törətdiyi soyğunçuluq hadisəsi və sonradan ərazidən yayınması müşahidə kameraları vasitəsi ilə də lentə alınıb. 
Faktla bağlı 4-cü Polis Şöbəsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

Elvin Cabbarovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa 4-cü Polis Şöbəsinə, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO