Kolleclərdə təhsil alan əcnəbilərin sayı AÇIQLANDI

Kolleclərdə təhsil alan əcnəbilərin sayı AÇIQLANDI

Hazırda oxunan: Kolleclərdə təhsil alan əcnəbilərin sayı AÇIQLANDI

92986

"Azərbaycanın orta ixtisas təhsili müəssisələrində (kolleclərdə) 130 əcnəbi təhsil alır".

Bizim.Media xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Xaricdə təhsil və əcnəbilərlə iş sektorunun müdiri Müjdat Həsənov "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

O bildirib ki, 2021-2022-ci tədris ilində ali təhsil alan əcnəbilərin sayı isə 7400-ə yaxındır:

"Əcnəbi tələbələrin əksəriyyətini Türkiyə, İran, Gürcüstan, Rusiya və İraqdan gələnlər təşkil edir. Əcnəbi tələbələrin ən çox təhsil aldıqları müəssisələr isə Azərbaycan Tibb Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İncəsənət Universitetidir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO