Yeni tədris ilində üç idman liseyi fəaliyyətə başlayacaq

Yeni tədris ilində üç idman liseyi fəaliyyətə başlayacaq

Hazırda oxunan: Yeni tədris ilində üç idman liseyi fəaliyyətə başlayacaq

92978

Yeni tədris ilində üç idman liseyinin fəaliyyətə başlaması planlaşdırılır.

Bizim.Media xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin İdman sektorunun müdiri Hilal Salmanov “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bura "Vətən" idman liseyi, Bakı şəhəri 1 nömrəli idman liseyi və Gəncə şəhər idman liseyi aiddir:

"Vətən" idman liseyində futbol, Bakı şəhəri 1 nömrəli idman liseyində cudo, badminton, Gəncə şəhər idman liseyində isə Yunan-Roma güləşi, futbol öyrədiləcək.
Yeni yaradılan müəssisələrdə tədrisin V-XI siniflər üzrə təşkili, peşəkar idmançı hazırlığı işinin mövcud qaydalar əsasında aparılması, bölgələrdən olan şagirdlarin yataqxana ilə təmin edilməsi, həmin idmançıların günlük yemak normalarına uyğun qidalanması, təhsil alan digər şagirdlərə gündə bir dəfə nahar yeməyinin verilməsi nəzərdə tutulur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO