Dövlət qulluğunda inzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin test imtahanı keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, imtahanda iştirak üçün 72 namizəd qeydiyyatdan keçib.
Dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı sentyabrın 11-də keçiriləcək.
Bildirilib ki, imtahan kompüterlər vasitəsilə aparılacaq. İmtahanın keçiriləcəyi ünvan: Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası).
Həmçinin bildirilib ki, qeydiyyat 2022-ci il avqustun 11-dən 9 sentyabr saat 14.00-dək aparılıb və bu müddət ərzində 72 namizəd qeydiyyatdan keçib.
İmtahan saat 10:00-da başlanır. Namizədlər şəxsiyyəti təsdiq edən sənədləri ilə birlikdə saat 09:00-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:29 / 09.09.2022
Dövlət qulluğunda bu rəhbər vəzifələr üzrə İMTAHAN KEÇİRİLƏCƏK
Hazırda oxunan: Dövlət qulluğunda bu rəhbər vəzifələr üzrə İMTAHAN KEÇİRİLƏCƏK
Hazırda oxunan: Dövlət qulluğunda bu rəhbər vəzifələr üzrə İMTAHAN KEÇİRİLƏCƏK
92969
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.