AZAL-ın təyyarəsi Zəngilan Beynəlxalq Hava Limanına texniki eniş icra edib - FOTO/VİDEO

AZAL-ın təyyarəsi Zəngilan Beynəlxalq Hava Limanına texniki eniş icra edib - FOTO/VİDEO

Hazırda oxunan: AZAL-ın təyyarəsi Zəngilan Beynəlxalq Hava Limanına texniki eniş icra edib - FOTO/VİDEO

92909

Bu gün “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) ən böyük sərnişin təyyarəsi "Airbus A340-500" ilk texniki uçuşunu müvəffəqiyyətlə yerinə yetirərək Şərqi Zəngəzur iqtisadi rayonunun ilk hava limanı olan Zəngilan Beynəlxalq Hava Limanındakı yeni uçuş-enmə zolağına enib. 

Bizim.Media bu barədə AZAL-a istinadən xəbər verir.

Bakı-Zəngilan marşrutu üzrə uçuş müddəti təqribən 45 dəqiqə təşkil edib.

“Uzunillik işğaldan azad olunmuş Azərbaycan ərazisində beynəlxalq hava limanlarının tikintisi və fəaliyyəti Prezident İlham Əliyevin qərarı və tapşırığı sayəsində mümkün olub.

Dövlət başçısının yaxın günlərdəki bəyanatına əsasən, işğaldan azad edilmiş ərazilərdə artıq ilk beynəlxalq hava limanı fəaliyyət göstərir, tezliklə açılışı nəzərdə tutulan 2-ci beynəlxalq hava limanının uçuş-enmə zolağı istifadəyə verilib.

Əlverişli coğrafi mövqeyi nəzərə alaraq Zəngilan hava limanı çoxfunksiyalı hava limanı olaraq, regionun iqtisadi, nəqliyyat və sosial məsələlərinin həlli üçün mühüm alət olacaq. Ölkənin digər beynəlxalq hava limanları kimi, müasir tipli böyük təyyarələri qəbul edə bilən bu hava limanı da bütün yüksək dünya standartlarına və tələblərinə cavab verir”, - deyə AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib.
Zəngilandakı yeni hava limanı üçün ICAO və IATA-nın beynəlxalq kodları (müvafiq olaraq UBBZ və ZZE), həmçinin EUROCONTROL təşkilatının naviqasiya vasitələrinin bütün çağırış siqnalları təyin edilib.

Aeroportun uçuş-enmə zolağının uzunluğu və eni müvafiq olaraq 3 000 metr və 60 metrdir. Obyekt ICAO-nun bütün tələblərinə əsasən uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün cihazlar üzrə enmə və naviqasiya sistemləri, işıq-texniki sistemlər, birincili və ikincili müşahidə radiolokasiya stansiyası ilə tam təchiz edilib.

Perronun sahəsi 60 min kvadrat metrdir. 

Zəngilan hava limanı texniki cəhətdən tam komplektləşdirilib, bütün tələb olunan aeronaviqasiya avadanlıqları ilə təmin edilib, hava hərəkətini avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz edilən HHİ qülləsinin tikintisi başa çatdırılıb.
Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad edilən Azərbaycan ərazisində Füzuli Beynəlxalq Hava Limanından sonra inşa olunmuş 2-ci hava limanıdır.

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO