Qubada alma bayramı keçiriləcək

Qubada alma bayramı keçiriləcək

Hazırda oxunan: Qubada alma bayramı keçiriləcək

92899

Oktyabrın 15-də Qubada alma bayramı keçiriləcək. 

Bu barədə Bizim.Media-ya Quba Rayon İcra Hakimiyyətindən məlumat verilib. 

Alma bayramında alma atributundan geniş istifadə  olunacaq. Tədbirdə Qubada yetişdirilən alma sortlarının nümayişindən başqa əsas xətt-Zəfər günümüz, Ali Baş Komandanımız İlham Əliyevin məsələ çevrilən dəmir yumruğu və dövlət atributlarımızla bağlı olacaq. Bu görüntülər alma şəkilli olacaq və orijinal təsvirləri əks etdirəcək. 

Ümumiyyətlə, Qubada alma bayramı keçirmək bir ənənə şəklini alıb. Rayonda sonuncu dəfə festival 2019-cu ilin oktyabr ayında keçirilib. Bu, artıq 7-ci alma bayramı olacaq. 

Bayram Quba İcra Hakimiyyəti və  Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO