Ağcabədidə DƏHŞƏT – Kişi öz qohumunu güllələdi

Ağcabədidə DƏHŞƏT – Kişi öz qohumunu güllələdi

Hazırda oxunan: Ağcabədidə DƏHŞƏT – Kişi öz qohumunu güllələdi

92893

Ağcabədidə kişi öz qohumunu güllələyib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinə bir nəfər rayon sakininin qol nahiyəsindən güllə yarası alması ilə  bağlı xəstəxanadan məlumat daxil olub.

Məlumatla əlaqədar Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Araşdırmalarla müəyyən olunub ki, rayon sakini Laiq İslamov yaranmış münaqişə zəminində öz qohumuna tapançadan atəş açaraq xəsarət yetirib.

Keçirilmiş tədbirlərlə L.İslamov polis əməkdaşları tərəfindən saxlanılıb. Onun ailə üzvlərinə məxsus fermaya baxış keçirilən zaman bir ədəd “Makarov” markalı tapança və həmin tapançaya məxsus daraq aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) və 228-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO