“Təhsil kreditlərini tələbəyə dövlət iki qrup üzrə verə bilər”.
Bizim.Media xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair keçirilən brifinqdə deyib.
MÖVZU İLƏ BAĞLI:
“Əksər tələbəmizin təhsil haqqı problemi var” - Təhsil naziri
Onun sözlərinə görə, birinci qrupda təhsil kreditinin daha aşağı sosial vəziyyəti olan şəxslərə faizsiz, ikinci qrupda kreditlərin bacarığa görə verilməsi nəzərdə tutulur.
“Təhsil kreditləri ilə bağlı faydalı əməkdaşlıq barədə planlarımız var. Dövlət büdcəsində bununla bağlı 80 milyon manat nəzərdə tutulub. Təhsil haqqı ilə bağlı problem olduqda bu təminata yönəlmək mümkündür. Tamamilə dövlət hesabına keçiriksə, rəqabətdən söhbət gedə bilməz. Bu, olduqca vacib məqamlardır. Ona görə də emosional qərarlar verməməliyik”.
Alçina Amilqızı, Bizim.Media