Xəzərin üstündən Əhmədliyə çəkiləcək 3 milyard dollarlıq yol haqqında XƏBƏR VAR 

Xəzərin üstündən Əhmədliyə çəkiləcək 3 milyard dollarlıq yol haqqında XƏBƏR VAR 

Hazırda oxunan: Xəzərin üstündən Əhmədliyə çəkiləcək 3 milyard dollarlıq yol haqqında XƏBƏR VAR 

92859

Bir zamanlar Xəzərin üstündən keçməklə Bakının Cənub girişindən Əhmədliyə yol çəkilməsi planı var idi. Planlaşdırılırdı ki, həmin layihənin gerçəkləşməsi Bakının tıxac probleminin müəyyən qədər azalmasına gətirib çıxaracaqdı. 

Lakin Bakı şəhərinin tıxac problemi günbəgün artsa da bu layihədən xəbər çıxmadı və demək olar ki, unuduldu.

Bu istiqamətdə məsələnin nə yerdə qaldığını və planın yenidən gerçəkləşib-gerçəkləşməyəcəyini aydınlaşdırmaq üçün ekspertə müraciət etdik. 

Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli qeyd edir ki, ərazidə seysmik zona ilə bağlı müəyyən problemlərin olması sözügedən layihənin gerçəkləşməsi prosesinin dayanmasına gətirib çıxarıb:

“Bir zamanlar Cənubi Koreya şirkəti Azərbaycanda Xəzərin üzərindən keçməklə Bakının cənub girişini Əhmədli ilə birləşdirən yolun çəkilməsinə maraq göstərmişdi. O zaman onun tikintisi üçün təxminən 3 milyard dollar vəsait tələb olunurdu. Sonradan layihələndirmə işlərilə bağlı prosesin uzanması ona gətirib çıxardı ki, layihə müvəqqəti olaraq təxirə salındı.
Ərazidə seysmik zonalarla bağlı müəyyən problemlərin yaşana biləcəyi ehtimalı var idi. Yük və sərnişin gəmilərinin keçidi üçün də müəyyən problemlər yaradacağı bildirilirdi. Nəticədə layihə təxirə salındı. Ona görə də indi bu istiqamətdə hansısa işlərin getdiyini düşünmürəm. Çünki uzun zamandır məsələ barədə hansısa bir açıqlama, rəsmi münasibət yoxdur”. 

Ekspert düşünür ki, prosesə özəl sektorun cəlb edilməsilə Xəzərin üzərindən keçməklə Bakının Cənub girişindən Əhmədliyə yol çəkilməsi planını gerçəkləşdirmək mümkün olar: 

“Layihə dövlət və özəl sektorla birgə reallaşdırılarsa, həmin yolun tikintisi baş tutar və belədə Bakının avtomobil yükünün kifayət qədər azaldılması baş verə bilər. Bakıdakı tıxacı görəndə bir daha əmin olursan ki, paytaxtda alternativ, çoxşaxəli yolların salınması günün vacib tələblərindəndir.
Ona görə də Bakı buxtası üzərindən özəl və dövlət sektorunun birgə iştirakı ilə ikitərəfli yolun salınması mümkün olarsa, Bakının avtomobil yükü kifayət qədər azalacaq. Azərbaycanın gəlirlərinin artması nəticəsində məsələ yenidən gündəmə gələrsə müsbət həll oluna bilər”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO