Bakının 4 qəsəbəsində silahlı şəxslərə qarşı ƏMƏLİYYAT - VİDEO

Bakının 4 qəsəbəsində silahlı şəxslərə qarşı ƏMƏLİYYAT - VİDEO

Hazırda oxunan: Bakının 4 qəsəbəsində silahlı şəxslərə qarşı ƏMƏLİYYAT - VİDEO

92783

Sabunçu rayon Polis İdarəsinin, ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən ötən gün daxil olmuş məlumatlar əsasında Balaxanı, Ramana, Maştağa və Zabrat qəsəbələrində narkotiklərin qanunsuz dövriyyəsinə və üzərində odlu silah saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, ümumilikdə 23 nəfər saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılanların bir neçəsi əvvəllər məhkum olunublar. Onların üzərindən, yaşadıqları evlərdən 2 kiloqramdan artıq müxtəlif növ narkotik maddə aşkar edilib. Onlar əldə etdikləri narkotiklərin qeyd edilən qəsəbələrdə satışını təşkil ediblər.
Zabrat qəsəbəsində keçirilən daha bir tədbir zamanı əvvəllər məhkum olunmuş Salman Şirinov saxlanılıb.

Onun yaşadığı evinə baxış zamanı 1 ədəd qundağı və lüləsi kəsilmiş “İJ-18” markalı odlu silah, 7 ədəd patron və 2 ədəd “F-1” markalı qumbara aşkar edilib.

Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO