Restoranlarda qeyri-qanuni olan “SERVİS HAQQI” yığışdırıla bilərmi? – “Yeni standart hazırlanıb”

Restoranlarda qeyri-qanuni olan “SERVİS HAQQI” yığışdırıla bilərmi? – “Yeni standart hazırlanıb”

Hazırda oxunan: Restoranlarda qeyri-qanuni olan “SERVİS HAQQI” yığışdırıla bilərmi? – “Yeni standart hazırlanıb”

92775

Son vaxtlar kafe və restoranlarda müştərilərdən “xidmət haqqı” adı altında əlavə ödəniş tələb edilməsi halları ifrat həddə çatıb. Əvvəllər bu hal tək-tük iaşə obyektlərində yaşanırdı və 5 % civarında olurdu. İndi az qala ən balaca restoranda da servis haqqı istənilir.

Yəni yekun hesabın üzərinə əlavə 10-15 faiz də “xidmət haqqı” kimi yüklənir. Tələb olunan “xidmət haqqı” və üstəlik məbləğin çox olması son aylarda müştərilər arasında aramsız narazılıq yaratmağa başlayıb.
Tanınmış restoran və iaşə obyektlərində isə “xidmət haqqı” üçün tələb olunan məbləğ daha çoxdur. Yəni restoran sahibləri xidmətə görə 5-10 manatda kifayətlənmirlər və açıq şəkildə özlərinin müəyyənləşdirdiyi məbləği dilə gətirirlər. 

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov Bizim.Media-ya açıqlamasında müxtəlif məsələlərdə istehlakçı hüquqlarının pozulmasının sürətlə yayıldığını bildirib:

“Müştərilərdən əlavə ödənişin tələb olunması ilə bağlı da şikayətlər də çoxdur. İlk dəfə bu məsələ 8 il əvvəl başladı və sonradan getdikcə dəb halını aldı. Bu yaxınlarda bizə bir nəfər müştəri müraciət etmişdi. Bildirdiyinə görə restoranların birində yemək yeyəndən sonra ondan hesabda nəzərdə tutulan məbləğdən 20 faiz artıq pul alınıb. Əsas isə gətirilib ki, muzey restoranda çörək yeyib. “Servis haqqı” kimi yığılan pullar istehakçı hüquqlarının pozulmasıdır”.

Hüquq müdafiəçisinin sözlərinə görə müştərilərdən “xidmət haqqı” və ya  “çay pulu” başqa ölkələrdə də var və kapitalizm cəmiyyətindən yaranan bir dəb halıdır:

“Əksər ölkələrdə “xidmət haqqı” pulu ümumi hesabda qeyd olunur. Azərbaycanda isə bu məsələ açıq-aşkar bəyan edilir. Qanunda bu, heç yerdə göstərilməyib və iş orasındadır ki, bu məbləği alınmasını qanun da qadağan etmir.

Azad İstehlakçılar Birliyi daim iş aparır ki, Nazirlər Kabineti restoran, kafe və “çayxana”lar üçün qayda hazırlasın. Həmin qaydalarda məsələ öz əksini tapmalıdır. Bir ay əvvəl İqtisadiyyat Nazirliyi yanında Standart İnstitutu bir standart qəbul edib. Mən o standartı yorğan altında qəbul olunmuş məsələ hesab edirəm.
Çünki heç bir ictimai müzakirədən keçməyiblər. Standart müştəri mənuniyyətini əks etdirir. Dəfələrlə onun mənə göndərilməsini xahiş etsəm də, nəticə yoxdur. Müştəri məmuniyyəti standartına “xidmət haqqı” və digər bu kimi məsələlər daxil edilsə, o zaman hüquqi əsası olar.

Ümumiyyətlə isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sözügedən məsələyə nəzarət etməli və üzünü istehlakçılara tərəf çevirməlidir”. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO