Müəllimlərin nəzərinə: “Məktəblərdə 3 mindən çox boş yer var”

Müəllimlərin nəzərinə: “Məktəblərdə 3 mindən çox boş yer var”

Hazırda oxunan: Müəllimlərin nəzərinə: “Məktəblərdə 3 mindən çox boş yer var”

92755

"Azərbaycan məktəblərində təxminən 3 mindən çox müəllim yeri boşdur".

Bizim.Media xəbər verir ki, bu fikirləri Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, həm ötən il, həm də bu il üçün müəllimlərin işə qəbulu üzrə imtahanlarda təqdim olunan vakant yerlərdən bəziləri boş qalıb.

Nurlan İsmayılbəyli qeyd edib ki, tutulmayan vakant yerlər dərs saatları daha az olan və ucqar yerdəki məktəblərdədir:

“İl ərzində boş qalan yerlərə müddətli müqavilə ilə işə qəbul aparılacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO