''2021-ci il dünyada olduğu kimi Azərbaycan üçün mürəkkəb il oldu. Bütün təhsil müəssisələri fəaliyyətini saxlandı. Sentyabrın 15-də qismən bərpa edildi. Vətən müharibəsinin olması ilə cəbhəyani ərazilərdə 1000-dən artıq məktəb tədrisi davam etdirə bilmədi. Sonra pandemiyanın kəskinləşməsi nəticəsində ölkədə distant təhsilə keçildi''
Bizim.Media xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev deyib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda tədris mərhələli şəkildə bərpa edilir - RƏSMİ
Nazir bildirib ki, yoluxma sayıənın aşağı düşməsi məktəblərin fəaliyyətinin bərpasını gündəmə gətirib.
Nazir deyib ki, təhsil müəssisələrində əyani tədrisin bərpası TN-in təkbaşına verəcəyi qərar deyil.
''Yanvarın 27-dən fevralın 1-dək tətildir. Tətildən sonra, yəni 1 fevraldan məktəblərdə təhsil mərhələli şəkildə bərpa olunur.Fevralın 1-dən Bakı, Sumqayıt, Abşeronda ibtidai təhsil, məktəbəhazırlıq, icma əsaslı qrupların fəaliyyəti mərhələli bərpa ediləcək.
İri şəhərlərdə tədris həftədə 3 dəfə olmaqla, digər rayonlarda isə həftədə 4 və 5 dəfə olmaqla bərpa olunacaq.
Bizim.Media