Mahal İsmayıloğlu bu gün Ramanada dəfn olunacaq

Mahal İsmayıloğlu bu gün Ramanada dəfn olunacaq

Hazırda oxunan: Mahal İsmayıloğlu bu gün Ramanada dəfn olunacaq

92696
Bu gün günorta saatlarında müalicə aldığı xəstəxanada dünyasını dəyişən Mahal İsmayıloğlunun cənazəsi evinə gətirilib

 Mərhumun cənazəsi dəfn edilmək üçün saat 17:00-da Ramana qəbristanlığına aparılacaq. O, qardaşının yanında dəfn ediləcək. 

Məlumatı musavat.com-a mərhumun qardaşı Yusif Sadıqov verib. 

Y.Sadıqov yas mərasiminin hələ ki, evdə verildiyini də  deyib. M.İsmayıloğlunun 3 mərasimi yaşadığı ünvanda, ya da Ramanada təşkil ediləcək. 


Musavat.com qeyd edir ki, bundan əvvəlki xəbərdə mərhumun qızına istinadən onun dəfninin sabah ola biləcəyi yazılmışdı. Görünür, ailə qərarı bu cür verib.

Allah rəhmət etsin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO