Sovetlər dönəmində “texnik su” deyilən bir anlayış vardı. Bu da o demək idi ki, istehsal və xidmət sahələrində istifadə olunan su birbaşa kanalizasiya xəttlərinə axıdılmırdı. Bu su filtirdən keçirildikdən sonra texniki su kimi məişətdə istifadə olunurdu.
Bu sulardan əsasən fəvvarələrdə, avtoyuma məntəqələrində və yaşıllıq zolaqlarının suvarılmasında istifadə edilirdi.
Amma müstəqillik illərində bu vacib sahə yaddan çıxdı. Baxımsızlıq səbəbindən uzun illər yaradılmış texniki su şəbəkəsi dağılıb getdi. Bu gün isə həyatımızın bütün sahələrində istifadə olunan su yüksək keyfiyyətli içməli sudur.
Bu da təbii ki, ölkəmizdə ciddi su qıtlığına və itkisinə səbəb olur. Təsadüfi deyil ki, bu və ya digər səbəbdən Azərbaycanda içməli suyun 40 faizə yaxını itkiyə gedir.
Təbii su ehtiyatları çox zəif olan ölkəmizdə bu qədər itki son nəticədə ekoloji və sosial böhrana gətirib çıxaracaq. Və artıq bunun ilkin simptomları hiss olunmaqdadır.
Məsələ ilə bağlı “Azərsu”ASC-nin mövqeyini öyrənmək istədik. Qurumun sözçüsü Anar Cəbrayıllı Bizim.Media-ya açıqlamasında Abşeron yarımadasında yaşıllıqların əksər hissəsinin, avtoyuma məntəqələrinin böyük hissəsinin, istehsal və xidmət sahələrinin hamısının içməli sudan istifadə etdiyini təsdiqlədi:
“Yəni bütün tələbat içməli su hesabına ödənilir. Ona görə ki, bizdə texniki su şəbəkəsi yoxdur. Və “Azərsu” ASC-nin qarşısında texniki şəbəkənin yaradılması tələbi qoyulmayıb.
“Azərsu” ASC bu gün texniki şərt üçün müraciət edən avtoyuma məntəqələrində və digər sahələrdə içməli su taarifləri ilə su təminatını həyata keçirir”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:47 / 08.09.2022
Azərbaycanda TEXNİKİ SU PROBLEMİ – “Hər yerdə, “moyka”larda belə içməli su işlədilir” – “Azərsu” RƏSMİSİ
Hazırda oxunan: Azərbaycanda TEXNİKİ SU PROBLEMİ – “Hər yerdə, “moyka”larda belə içməli su işlədilir” – “Azərsu” RƏSMİSİ
Hazırda oxunan: Azərbaycanda TEXNİKİ SU PROBLEMİ – “Hər yerdə, “moyka”larda belə içməli su işlədilir” – “Azərsu” RƏSMİSİ
92684
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.