“ASAN xidmət” məşhur əcnəbi jurnalistin filmində

“ASAN xidmət” məşhur əcnəbi jurnalistin filmində

Hazırda oxunan: “ASAN xidmət” məşhur əcnəbi jurnalistin filmində

9267

Hökumətlərin dövlət xidmətləri və bu sahə üzrə təcrübələrinə həsr olunmuş “GX Now” adlı sənədli film geniş ictimaiyyətə təqdim olunub.

Sənədli film Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Government Experience” platforması çərçivəsində məşhur jurnalist və futuroloq (CNN, TEDx, Forbes) İan Xan tərəfindən hazırlanıb.

Bizim.Media xəbər verir ki, “GX Now” hökumətlərin dövlət xidmətlərinin göstərilməsi modellərini təkmilləşdirərək texnologiyaya necə uyğunlaşdırdıqlarını və daha yaxşı xidmətlər haqqında düşüncələrini əks etdirən sənədli filmdir.

Filmdə dövlətlərin sabahın hökumətlərinin necə olacağına və hansı formada fəaliyyət göstərəcəyinə dair təcrübələrinə və fikirlərinə yer verilib.

Sənədli fimdə dövlət xidmətlərinin göstərilməsi sahəsində dünyanın qabaqcıl ölkələrindən hesab olunan Azərbaycanın təcrübəsinə də geniş yer verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovun müsahibəsində Prezident İlham Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirdiyi islahatların tərkib hissəsi olan "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri, habelə rəqəmsal hökumət quruculuğu məsələləri barədə ətraflı məlumat verib.

O, davamlı inkişafın təmin edilməsi baxımından dövlət xidmətlərinin göstərilməsindəki irəliləyişlərin digər sahələrə də müsbət təsirini diqqətə çatdırıb.

Filmdə BƏƏ Hökumətinin dövlət xidmətləri üzrə bölməsinin rəhbəri Mohamed Bin Taliah, Majid Al Futtaim Holdinqin baş icraçı direktoru Alain Bejjani, Estoniya Hökumətinin İnformasiya texnologiyaları üzrə bölməsinin rəhbəri Siim Sikkut, Niderland Hökumətinin Blockchain layihələrinin rəhbəri Marloes Pomp, eləcə də süni intellekt, data texnologiyaları üzrə dünyanın qabaqcıl ölkələrinin mütəxəssisləri də yer alıblar.

Bu, dövlət xidmətləri sahəsində dünyada çəkilmiş ilk sənədli filmdir.

GXNOWLIVE | GX Now - A Documentary Film

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO