Sabah şimşək çaxacaq, yağış yağacaq

Sabah şimşək çaxacaq, yağış yağacaq

Hazırda oxunan: Sabah şimşək çaxacaq, yağış yağacaq

92652
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz olacağı gözlənilir.   Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gündüz cənub şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-22 dərəcə, gündüz 25-30 dərəcə isti olacaq.   Azərbaycanın rayonlarında isə havanın əsasən yağmursuz, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.   Havanın temperaturu gecə 16-21, gündüz 26-31 dərəcə isti olacaq. Dağlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti olacaq. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO