Azərbaycan

Azərbaycan "ADEX 2022"də səyyar pilotsuz müşahidə kompleksini təqdim edib

Hazırda oxunan: Azərbaycan "ADEX 2022"də səyyar pilotsuz müşahidə kompleksini təqdim edib

92562

Azərbaycan "ADEX 2022" dördüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi və “Securex Caspian” 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə sərgisində "Bayquş" səyyar pilotsuz kompleksi təqdim edib.

Bizim.Media xəbər verir ki, kompleks "Gürzə" döyüş maşınında quraşdırılıb.

Operativ-taktiki pilotsuz kompleks Müdafiə Sənayesi Nazirliyi və "Deftech" özəl şirkəti tərəfindən yaradılıb.

Bu sistem 24 saat boyunca 100 metr məsafədə kəşfiyyat əməliyyatı aparmağa qadirdir. Dron 30-40 kvadrat kilometr məsafədə daim nəzarət edə bilər.

Qeyd edək ki, sərgidə 208 şirkət təmsil olunur. İştirakçılar arasında Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri təmsil olunur.

Sərgiyə ilk dəfə İordaniyadan olan şirkətlər də qatılıb. Bu il 8 ölkə milli stendləri ilə iştirak edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO