Bakıda tikilməkdə olan yaşayış binasının sökülməsinə aydınlıq gətirilib – YENİLƏNİB 

Bakıda tikilməkdə olan yaşayış binasının sökülməsinə aydınlıq gətirilib – YENİLƏNİB 

Hazırda oxunan: Bakıda tikilməkdə olan yaşayış binasının sökülməsinə aydınlıq gətirilib – YENİLƏNİB 

92544

“Sakinlərin şikayəti əsasında iki hündür binanın yanında tikinti aparılan əraziyə baxış keçirilib. Nəticədə qanunsuz tikinti aşkarlanaraq söküntü qərarı verilib”. 

Bizim.Media xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Bas Dövlət Tikinti Müfəttişliyinin Nəsimi rayon müfəttişi Faiq Sadıqov deyib. 

F. Sadıqov bildirib ki, tikinti üçün verilmiş göstəriş və qərarlara əməl edilməyinə görə söküntü həyata keçirilir:

“Söküntü işləri Nəsimi Rayon İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə aparılır.

Torpağın çıxarış və ya şəhadətnaməsinin olmasına baxmayaraq, tikinti qanuna uyğun həyata keçirilməlidir. Bura da isə layihədən kənar, razılaşdırılmamış, qeyri-qanuni tikinti işləri aparılır. Ona görə söküntü işlərinə qərar verilib”. (Apa.az)

14:23

Bakıda tikilməkdə olan çoxmərtəbəli yaşayış binası qanunsuz olduğuna görə sökülür.

Bizim.Media Report.az-a istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 998-cı məhəllə (Nəsimi rayonu, Abbas Səhhət küçəsi 13k) ünvanında yerləşən, 19 mərtəbəli “Altes Park” yaşayış kompleksinin yanında qeydə alınıb.

Hazırda əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) əməkdaşları gəlib və tikilmiş iki mərtəbənin söküntüsünə başlanılıb.

Sosial şəbəkələrdə yayılan iddialara görə, tikili sabiq deputat Əsabil Qasımova məxsusdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO