TƏBİB 13 yaşında ana olan yeniyetmənin və körpəsinin səhhəti ilə bağlı məlumat yayıb.
Bizim.Media-ya qurumdan bildirilib ki, sentyabrın 6-ı, saat 13:30 radələrində Sabunçu rayonunda, ev şəraitində doğuş hadisəsinin baş verməsi ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub.
“Təcili tibbi yardım briqadası tərəfindən 2009-cu il təvəllüdlü anaya doğuş sonrası ağırlaşmanın qarşısını almaq məqsədilə ilkin tibbi yardım göstərilib. Daha sonra təcili tibbi yardım avtomobili vasitəsilə yenidoğulmuş oğlan uşağı və zahı qadın TƏBİB-in Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna hospitalizasiya olunub”, - məlumatda deyilir.
Hazırda ana və uşağın vəziyyətinin stabil olduğu, tibb müəssisəsində müalicələrinin davam etdirildiyi vurğulanıb: “Uşağın çəkisi 3 600 qramdır”.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.
Bizim.Media
![Ana olan 13 yaşlı qız və körpəsi ilə bağlı SON MƏLUMAT Ana olan 13 yaşlı qız və körpəsi ilə bağlı SON MƏLUMAT](https://bizim.media/file/articles/2022/09/07/1662539466_6318513eefeef6318513eefef016625380466318513eefeed6318513eefeee.jpg)
- A-
- A
- A+
Cəmiyyət
12:29 / 07.09.2022
Ana olan 13 yaşlı qız və körpəsi ilə bağlı SON MƏLUMAT
Hazırda oxunan: Ana olan 13 yaşlı qız və körpəsi ilə bağlı SON MƏLUMAT
Hazırda oxunan: Ana olan 13 yaşlı qız və körpəsi ilə bağlı SON MƏLUMAT
92509
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.