Paytaxtda 8 bağçanın fəaliyyəti dayandırıldı

Paytaxtda 8 bağçanın fəaliyyəti dayandırıldı

Hazırda oxunan: Paytaxtda 8 bağçanın fəaliyyəti dayandırıldı

92495

“Son bir ay ərzində Bakıda məktəbəqədər təhsil müəssisələrinə 5122 uşaq elektron sistemlə qəbul olunub”.

Bizim.Media xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

O bildirib ki, idarənin tabeliyinə 348 bağça keçib: “Onlardan 8-nin fəaliyyəti dayandırılıb. Ümumi bağçalardan 264-ü körpələr evidir. Bağçalarda ümumilikdə 41 min 87 uşaq təlim-tərbiyəyə cəlb olunub, 4299 tərbiyəçi və müəllim məşğul olur”.
M.Vəliyeva qeyd edib ki, 4 bağça əsaslı təmir olunub, 18 bağçada cari təmir işləri başa çatdırılıb.Bu da bağçalardakı sıxlığı aradan qaldırmağa kömək edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO