Bakıda rayonunda 13 yaşlı qızın ev şəraitində uşaq dünyaya gətirməsi ilə bağlı xəbər vermişdik. Başına faciə gələn yeniyetmə hazırda xəstəxanadır. Ana isə uşaq doğan 13 yaşlı qızından və nəvəsindən imtina etdiyini bəyan edib.
Bu barədə Bizim.Media-ya Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə bildirib.
Onun sözlərinə görə yenə də yeniyetmə günahkar və zərərçəkmiş kimi qələmə verilir:
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda DƏHŞƏT - 13 yaşlı qız ANA oldu
“Yeniyetmənin atası dünyasını dəyişib, ana ilə yaşayıb. Ana deyir, bu hadisə böyük bir biabırçılıqdır. Mən o uşağı hansı adla evə gətirim? Qızın gələcəyi var, uşağı istəsə də, özü uşaqdır. Yetkinlik yaşına çatandan sonra onu bir uşaqla kim alacaq? Kim bunu qəbul edəcək? Ana özü xadimə işləyir, çox çətinliklə övladlarına baxır. Nəticə etibarilə zərərçəkən 13 yaşlı qızdır və o bir uşaqdır", -deyə Kəmalə Ağazadə əlavə detallara toxunmayıb.
Qeyd edək ki, hadisə Bakının Sabunçu rayonunda qeydə alınıb.
Daxili İşlər Nazirliyindən saytımıza məsələnin araşdırıldığı bildirilib.
Alçina Amilqızı, Bizim.Media