Paytaxtın bu rayonlarında qaz olmayacaq

Paytaxtın bu rayonlarında qaz olmayacaq

Hazırda oxunan: Paytaxtın bu rayonlarında qaz olmayacaq

92489

Nizami və Xətai rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bizim.Media xəbər verir ki, “Qaz İxrac” İdarəsinə məxsus “Böyük Şor yol qovşağı-Modul ES-30-cu Sahə QPS” Magistral Qaz Kəmərinin dayaqlar üzərinə qaldırılması planlaşdırılır.

Həmçinin “30-cu Sahə” QPS-də əlaqələndiricinin və  əymənin quraşdırılması ilə bağlı 8 sentyabr saat 08:00-dan etibarən işlər başa çatanadək “30-cu sahə”, “Xətai”, “Keşlə” və “Əhmədli” QPS-lərdən, magistral qaz kəmərindən qidalanan “Bakı-ES-MMC”,  "Azərneftyağ" (5/6sex)”,  “SOCARYDM-13”, “SOCARYDM-21” və “Körpü Tunel MMC”  ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Xətai rayonunun böyük hissəsinin, Nizami rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO