Saatlıdakı yanğın qəsdən törədilib - VİDEO

Saatlıdakı yanğın qəsdən törədilib - VİDEO

Hazırda oxunan: Saatlıdakı yanğın qəsdən törədilib - VİDEO

92479

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən yanğını törədən şəxs müəyyən olunub. 

Bu barədə Bizim.Media-ya nazirlikdən məlumat verilib.

Belə ki, 26 avqust 2022-ci il tarixində Saatlı rayonu, Nəsimikənd kəndində Bayraqdarov Bahadur Zeyni oğluna məxsus təsərrüfat obyektində yanğın hadisəsi olub.

Hadisə nəticəsində həmin şəxsə məxsus mişar daşından inşa olunmuş ümumi sahəsi 150m² olan təsərrüfat obyekti və 1000 ədəd ot bağlaması yanaraq yararsız hala düşüb.

Yanğınsöndürənlər tərəfindən yanğın söndürülərək ətraf tikililərə keçməsinin qarşısı alınıb. 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən keçirilən tədbirlər nəticəsində yanğının 1974-cü il təvəllüdlü Səfərov Kamil Kamal oğlu tərəfindən törədildiyi müəyyən edilib və o, hadisəni törətdiyini etiraf edib.

Yanğının baş verməsində təqsirkar şəxs Səfərov Kamil Kamal oğlu barəsində inzibati xəta haqqında protokol tərtib olunub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO