Göyçayda əcnəbi narkotacirə kuryerlik edən şəxslər saxlanıldı - FOTO

Göyçayda əcnəbi narkotacirə kuryerlik edən şəxslər saxlanıldı - FOTO

Hazırda oxunan: Göyçayda əcnəbi narkotacirə kuryerlik edən şəxslər saxlanıldı - FOTO

92459

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib, iki nəfər tutularaq məsuliyyətə cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat zamanı  Bakı şəhər sakinləri Çingiz Əhmədzadə və İlkin Qurbanlı saxlanılıb.

Saxlanılan şəxslərin üzərlərinə baxış keçirilən zaman  yarım kiloqrama yaxın heroin, 500 qram tiryək, 100 qram metamfetamin və 300 ədəd tramadol həbləri aşkarlanaraq götürülüb.  

Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxslər xarici ölkədə yaşayan və qaçaqmalçılıq yolu ilə Azərbaycana narkotik maddələr göndərən narkotacirlə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq onun təklifi əsasında narkokuryerliyə cəlb olunublar.

Sonuncu dəfə Göyçay rayonu ərazisində əvvəlcədən onlara deyilən yerdən narkotik vasitələri götürüb, paytaxta aparmaq istəyərkən elə iş başında yaxalanıblar. 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO