Masallıda evdə yanğın: Ana və iki övladı öldü

Masallıda evdə yanğın: Ana və iki övladı öldü

Hazırda oxunan: Masallıda evdə yanğın: Ana və iki övladı öldü

92451

Masallının Hüseynhacılı kəndində evdə baş verən yanğının təfərrüatları məlum olub.

Bizim.Media xəbər verir ki, hadisə kənd sakini 1951-ci il təvəllüdlü Alim İbad oğlu Kəlbiyevə məxsus ikimərtəbəli, ümumi sahəsi 300 kvadratmetr olan yaşayış evində qeydə alınıb.

Hadisə zamanı 38 yaşlı Gülnaz Kəlbiyeva, 11 yaşlı oğlu Elbrus Kəlbizadə və 10 yaşlı oğlu Elviz Kəlbizadə yanaraq ölüb.

Yanğın zamanı daha iki nəfərin yanıq xəsarətləri aldığı bildirilir. Bunlar Nərminə Kərim qızı Kəlbiyeva (1959-cu il təvəllüdlü) və Rusiya vətəndaşı, ailəyə qonaq gəlmiş 1991-ci il təvəllüdlü İsmayıl Süleyman oğlu Abbasovdur. İ.Abbasov ikinci mərtəbədən aşağı tullandığından müxtəlif travmalar alıb.
Hadisə ailə üzvləri yatan zaman baş verib. Report.az-ın məlumatına görə, kənddə işıqlar söndüyündən onlar şam yandırıblar. Ailə yatan zaman şam nəzarətsiz qalıb və ev alışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO