Güclü külək köhnə Ələt-Astara magistralında, Lənkəranın Ləvəngi dairəsinə yaxın ərazisində iri gövdəli ağacı magistral yola və avtomobilin üzərinə aşırıb.
Bizim.Medi xəbər verir ki, daha bir ağac isə şəhərin Koroğlu küçəsində Nuranə Əliyevaya məxsus evinin dam örtüyünə aşıb.
Güclü külək Goranboyda da fəsadlar törədib. Rayon mərkəzi ilə yanaşı bir neçə kənddə elektrik enerjisinin verlişində fasilələr yaranıb.
Təbiət hadisəsi zamanı Goran-Qızılahcılı yolunun rayonun Balakürd kəndindən keçən hissəsində yol kənarındakı iri qovaq ağacı küləyə tab gətirməyərək aşıb. Aşan ağacın iri budaqları yolda avtomobillərin hərəkətinə çətinliklər yaradıb.
Rayonun Boluslu, Məşədiqaralar və digər kəndlərində isə elektirik verilişində fasilələr yaranıb. Adıçəkilən kəndlərə enerji verilişi bir neçə saat sonra bərpa edilib.
Daha ətraflı "Xəzər Xəbər"in mövzu ilə bağlı hazırladığı sujetdən izləyə bilərsiniz.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:26 / 06.09.2022
Güclü külək rayonlarda fəsadlar törətdi - VİDEO
Hazırda oxunan: Güclü külək rayonlarda fəsadlar törətdi - VİDEO
Hazırda oxunan: Güclü külək rayonlarda fəsadlar törətdi - VİDEO
92434
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.