Bakıda yüksək gərginlikli elektrik xəttində QƏZA - VİDEO

Bakıda yüksək gərginlikli elektrik xəttində QƏZA - VİDEO

Hazırda oxunan: Bakıda yüksək gərginlikli elektrik xəttində QƏZA - VİDEO

92425

"Azərişıq" ASC Bakının Nizami rayonunda yüksək gərginlikli elektrik xəttində baş verən qəza ilə bağlı məlumat yayıb.

Qurumdan Bizim.Media-ya bildirilib ki, qəza baş verən ərazidə abonentlərin elektrik enerjisi təchizatı tam təmin edilib:

"Qəza baş verməsi ilə bağlı 199 saylı çağrı mərkəzinə müraciət daxil olan kimi təmir-bərpa briqadaları əraziyə yollanıb.
İstehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi təchizatının kəsilməməsi üçün dairəvi sxem üzrə abonentlər ehtiyat xətt vasitəsilə elektrik enerjisi ilə təmin edilib.

Hazırda qəza baş verən ərazidə bütün abonentlərin elektrik enerjisi təchizatı qaydasındadır. Əməkdaşlarımız ərazidə çalışır və qarşıdakı saatlarda qəza baş verən xətt təmir edilərək istismara veriləcək".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO