Yaşayış yerlərində vəhşi heyvanların olmasına AYDINLIQ GƏTİRİLDİ

Yaşayış yerlərində vəhşi heyvanların olmasına AYDINLIQ GƏTİRİLDİ

Hazırda oxunan: Yaşayış yerlərində vəhşi heyvanların olmasına AYDINLIQ GƏTİRİLDİ

92382

“Yaşayış yerlərində və Bakı ətrafında vəhşi heyvanların olması ilə bağlı müraciətlər artıb”.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə məlumat verib.

O bildirib ki, bunun səbəbi yaşayış obyektləri ilə əvvəllər mövcud olan meşə və çöllərin artıq birləşməsidir:

“Həmin mühitdə yaşayan vəhşi heyvanlar da bu ərazilərdə görülür. Bu, təbii ki, xoşagəlməz haldır.

Bu məqsədlə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin nəzdində komissiya yaradılıb. Yaşayış sahəsində vəhşi heyvana rast gələn vətəndaş nazirliyə müraciət edə bilər.

Daha təcili hallarda isə nazirliyin qaynar xətti olan 168-ə müraciət edə bilərlər. Bu halda lazımi tədbirlər görüləcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO