Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - FAKTİKİ HAVA

Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - FAKTİKİ HAVA

Hazırda oxunan: Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - FAKTİKİ HAVA

92316

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 06-na olan məlumatına əsasən Böyük Qafqazın dağlıq ərazilərindən başlayaraq bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.

Balakən-Şəki və Lənkəran-Astara zonasında leysan xarakterli intensiv olub. Yağan leysan yağış nəticəsində Talaçaydan (Zaqatala) sel keçib. 

Yağış: Lənkəranda 29.0 mm (aylıq normanın 49%-i), Astarada 24.0 mm (aylıq normanın 48%-i), Zaqatalada 16.0 mm, Balakəndə 11.0 mm, Yardımlıda 10.0 mm, Vəlvələçay-Təngəaltıda 9.0 mm (Quba), Lerikdə 8.0 mm, Əyriçay-Başdaşağılda (Oğuz) 7.0 mm, Qubada 5.0 mm, Sarıbaşda (Qax) 4.0 mm, Ləzədə 3.0 mm, Qusar, Kişçayda (Şəki) 2.0 mm, Şəki, Qəbələ, Qobustan, İsmayıllı, Qrız, Oğuzda 1.0 mm, Abşeron Dəniz rayonunda: Çilov adasında yağış yağıb.

Külək: Şimal-qərb küləyi Ağdam, Ağstafa, Salyan, Neftçala, Gəncədə 20 m/s, Şirvanda 19 m/s, Naftalan, Tovuz, Tərtər, Beyləqanda 18 m/s, Ceyrançöldə 17 m/s, Mingəçevirdə 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 28 m/s, Neft Daşlarında 21 m/s, Çilov adasında 20 m/s, Ələtdə 19 m/s, Pirallahı, Binədə 18 m/s, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.4 m olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin sentyabrın 08-dək davam edəcəyi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO