Rasilə Əliyevanın döydüyü yeniyetmə Psixi Sağlamlıq Mərkəzinə YERLƏŞDİRİLDİ 

Rasilə Əliyevanın döydüyü yeniyetmə Psixi Sağlamlıq Mərkəzinə YERLƏŞDİRİLDİ 

Hazırda oxunan: Rasilə Əliyevanın döydüyü yeniyetmə Psixi Sağlamlıq Mərkəzinə YERLƏŞDİRİLDİ 

92301

Lənkəranda icra başçısının keçmiş müavini Rasilə Əliyeva tərəfindən fiziki zorakılığa məruz qalmış 15 yaşlı yeniyetmə Bakıda Psixi Sağlamlıq Mərkəzinə yerləşdirilib.

Bu barədə Bizim.Media-ya yeniyetmənin anası Ləman Camalova məlumat verib. Onun sözlərinə görə qızın psixoloji durumu o qədər kritikdir ki, indi də psixoterapevt müalicəsinə ehtiyacı yaranıb. 

Qeyd edək ki, fikiziki zorakılığa məruz qalan yeniyetmə bir ay Azərbaycan Uşaqlar Birliyində reablitasiyaya cəlb olunmuşdu. 
 

MÖVZU İLƏ BAĞLI:

Məktəbli qızı döyən Rasilə Əliyevanın ilk MƏHKƏMƏSİ oldu - ÖZƏL


Ləman Camalovanın sözlərinə görə qızı posttravmatik stress pozuntusu keçirir:

“Hələ uzun müddət müalicəsi davam edəcək. Çünki hər an özünə nəsə edə biləcək vəziyyətdədir. Bilirəm ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən bizim xeyrimizə veriləcək qərar olmayacaq. Mənəvi o qədər sınıxmışam ki, məhkəmənin qərarı bu durumun qarşısında acizdir.

Ömrü boyu qisasdan sevinən insan olmamışam. Ilk növbədə qızımın sağlamlığı vacibdir. Təssüf ki, onun da durumu bərbaddır. Fiziki travmadan çox, mənəvi travmanın altından çıxa bilmir. Çox qürurlu qız olduğu üçün aldığı travmanı həzm edə bilmir. Allahıma min dəfə şükür edirəm ki, qızımı zorlamayıblar, öldürməyiblər.

Rasilə Əliyevanın əlindən hər bir şey gələ bilərdi. Yenicə öyrənmişəm ki, qızım döyüləndən sonra özünü eyvandan atmaq istəyib. Amma məni düşünürək geri addım atıb. Deyir, o anda səni fikirləşdim. “Dedim, görən anam nə edər, necə yaşayar?””

Qeyd edək ki, Lənkəran rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini Rasilə Əliyeva V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin 9-cu sinif şagirdinə qarşı öz evində fiziki zorakılıq hərəkətləri edib. Faktla bağlı Lənkəran rayon prokurorluğunda cinayət işi başlanıb.
Toplanmış sübutlar əsasında icra başçısının sabiq müavin Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham edilib. Avqustun 23-də cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilib. Ötən gün ilk məhkəmə iclası keçirilib. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO