Bir gecədə 2 mağazanı qarət edən şəxs saxlanıldı - FOTO

Bir gecədə 2 mağazanı qarət edən şəxs saxlanıldı - FOTO

Hazırda oxunan: Bir gecədə 2 mağazanı qarət edən şəxs saxlanıldı - FOTO

92242

Balakəndə bir gecədə iki mağazadan oğurluq edilib. Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkənlər onlara məxsus obyektlərdən ümumilikdə 1 100 manat pulun, eləcə də danışıq kartlarının və mobil telefonun oğurlandığını bildiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, məlumat daxil olan kimi polis əməkdaşları tərəfindən hadisə yerlərinə baxış keçirilib və ilkin araşdırmalar zamanı cinayətlərin eyni şəxs tərəfindən törədildiyi müəyyən olunub.

“İsti izlər”lə keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları etməkdə şübhəli bilinən rayon sakini İzzət Məsiyev saxlanılıb. Saxlanılan şəxs ifadəsində törətdiyi cinayətləri edib və oğurladıqları əşyalar onun yaşadığı evdən maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.

Faktlarla bağlı Balakən rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO