AQTA 44 müəssisədə nöqsanlar aşkarladı - SİYAHI

AQTA 44 müəssisədə nöqsanlar aşkarladı - SİYAHI

Hazırda oxunan: AQTA 44 müəssisədə nöqsanlar aşkarladı - SİYAHI

92199

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

AQTA-dan Bizim.Media-ya verilən məlumata görə, 2 sentyabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 47 ticarət müəssisəsi və 31 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 44 müəssisədə nöqsanlar müəyyən olunub.

Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 41, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 22 nöqsan aşkar olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələrin siyahısı ilə bu linkdən tanış ola bilərsiniz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO