Qadınları REKLAM OBYEKTİ etmək olarmı? – Qanunlarımıza BAXAQ

Qadınları REKLAM OBYEKTİ etmək olarmı? – Qanunlarımıza BAXAQ

Hazırda oxunan: Qadınları REKLAM OBYEKTİ etmək olarmı? – Qanunlarımıza BAXAQ

92194

Hər bir qurum, şirkət öz tanıtımını, məhsularını reklam etmək, bazarda rəqibləri arasında ən yaxşı olduğunu sübut etmək üçün müxtəlif biznes plan və piar (reklam) məsələlərinə önəm verir. Hazırda “Reklamını göstər, deyim sən kimsən” prinsipinin geniş yayıldığı bir zamanda hər bir şirkət reklam üçün maraqlı, fərqli kontentlə istehlakçının önünə çıxmağa çalışır.

Bu zaman qadın bədəni də xüsusi alətə çevrilir. Reklamlarda qadın sürətlərindən istifadə edib özünə reytinq qazanmaq, xüsusilə reklam ssenarilərində qadınların seksual alət kimi göstərilməsi xüsusi vüsət alıb. 
Bəs, qanunvericilikdə qadın (qadın bədəni) üzərindən böyük şirkətlərin reklam kampaniyası və ya restoran məhsullarının reklam edilməsi necə təsbit olunub? Bu nə dərəcədə düzgündür?

Marketinq üzrə mütəxəssis, brandmaker Fərid Məhərrəmli mövzu ilə bağlı Bizim.Media-ya aydınlıq gətirib. Mütəxəssisin sözlərinə görə, bu tərz reklamların edilməsi düzgün hesab olunmur.

Buna səbəb insan vücudunun əşyalaşdırılması və cinsəlləşdirilməsidir:

“Qadınlara bu cür reklamlarda insan olaraq yox, daha çox cinsi obyekt kimi dəyər verilir. Bu da şəxsiyyətin alçaldılması, kiçildilməsi olduğu üçün birbaşa insan hüquqlarının pozulması hesab olunur. Hazırda bir çox məşhur “Victoria's Secret” və bu kimi qadın məhsulları istehsal edən markalar, bəzən qadınları obyekt kimi göstərməmək, qınaq obyektinə çevrilməmək üçün daha çox transgenderlərdən, qara dərili şəxslərdən istifadə etməyə və ya seksuallığı pərdə arxasında saxlamağa çalışırlar. Bu tip reklam kampaniyaları əksərən marka dəyəri yaratmaq əvəzinə böyük bir “hater” adlanan aqressiv kütlənin qəzəbinə rast gəlir”.

F.Məhərrəmli həmçinin ölkədə reklam sahəsi üzrə boşluqların mövcud olduğunu, sözügedən reklamlara görə, ciddi cəza tədbirlərinin görülmədiyini bildirib:

“Qanunvericiliklə dünyanın bir neçə Avropa ölkəsində, xüsusilə İsveç və Norveçdə bununla bağlı bir çox qətnamələr var. Təəssüflər olsun ki, Azərbaycan reklam haqqında qanun çox bəsit olduğu üçün bu məsələlərə toxunulmayıb.
Xüsusən Amerikada bu məsələ üzrə çox ciddi cəza tədbirləri və qaydalar var. Amma qeyd etdiyim kimi ölkəmizin reklam haqqındakı qanunda bu məsələlərə yer verilməyib. Bunun mənfi tərəfi də odur ki, hər hansı marka Azərbaycan bazarında bu kimi reklam kampaniyalarını etdiyi zaman heç bir ciddi cəza tədbiri ilə qarşı-qarşıya qalmır və məsələ məhkəmə predmetinə çevrilə bilmir”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO