Nazir təhsil işçiləri ilə bağlı əmr imzaladı

Nazir təhsil işçiləri ilə bağlı əmr imzaladı

Hazırda oxunan: Nazir təhsil işçiləri ilə bağlı əmr imzaladı

92180

Təhsil işçilərinin sentyabr konfransları keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrin imzalanmasında məqsəd ümumi təhsil müəssisələrində 2021/2022-ci tədris ili üçün müəyyən olunmuş hədəflərin Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Regional Təhsil İdarələri tərəfindən yerinə yetirilməsi vəziyyəti ilə tanış olmaq və 2022/2023-cü tədris ilində qarşıda duran aktual vəzifələri müzakirə edib müvafiq əməli təkliflər hazırlamaqdır.

Əmrə əsasən, təhsil işçilərinin 2022-ci il sentyabr konfranslarının plenar müşavirə iclasları 7-13 sentyabrda keçiriləcək.

Nəzərdə tutulan məsələlərin peşəkar səviyyədə müzakirəsini təmin etmək üçün səmərəli və mobil iş mühiti yaratmaq məqsədilə plenar müşavirələrin Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Regional Təhsil İdarələri üzrə keçirilməsi məqsədəuyğun hesab edilib.

Əmrin icrasına nəzarət nazir müavini Muxtar Məmmədova həvalə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO