“Mehnur” reabilitasiya mərkəzi BAĞLANIR – Lisensiyasız fəaliyyətlə bağlı ARAŞDIRMA

“Mehnur” reabilitasiya mərkəzi BAĞLANIR – Lisensiyasız fəaliyyətlə bağlı ARAŞDIRMA

Hazırda oxunan: “Mehnur” reabilitasiya mərkəzi BAĞLANIR – Lisensiyasız fəaliyyətlə bağlı ARAŞDIRMA

92132

Əlil uşaqlara işgəncə verilən “Mehnur” loqopedik və reabilitasiya mərkəzinin lisensiyasız fəaliyyət göstərməsi ilə bağlı məsələ aktual olaraq qalır. Fakt təsdiqini taparsa, mərkəzin bağlanması ilə bağlı qərar veriləcək. Hələki bununla bağlı heç bir rəsmi məlumat verilmir. 

Qeyd edək ki, Bakının bir neçə yerində filialları  olan mərkəin bütün sosial şəbəkə platformaları fəaliyyətini dondurub.

Bizim.Media mərkəzin hansı qurum tərəfindən lisenziyalaşdırılması və ya lisenziyasız fəaliyyət göstərməsi məsələsini araşdırıb. 
 

MÖVZU İLƏ BAĞLI:

"Mehnur" reabilitasiya mərkəzinin direktoru saxlanıldı


Ədliyyə Nazirliyinin mətbuat katibi Rasim Həsənov Bizim.Media-ya açıqlamasında bildirib ki, lopopedik və reablitasiya kimi mərkəzlər təhsil müəssisəsi kimi Vergilər Xidmətində qeydiyyatdan keçir. Yəni MMC kimi qeydiyyatı Vergilər Xidməti aparır.

Məsələ ilə bağlı Vergilər Xidmətinə müraciət etdik. Qurumun sözçüsü Şahin Məmmədovun sözlərinə görə xüsusi razılıq tələb olunan sahələr barədə Nazirlər Kabinetinin müvafiq qərarı var:

“Həmin siyahıda reablitasiya mərkəzinin lisenziyalı fəaliyyət olub-olmaması və ya lisenziyanı verən qurum göstərilir”, - deyə o, bildirib. 

Sözügedən sənəd üzrə araşdırma apardıq. 

Loqopedik xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə  Nazirlər Kabinetinin qərarımda qeyd olunur ki, loqopedik mərkəz (kabinet) müvafiq tədris-maddi baza və ixtisaslı kadrlarla təminat olduğu halda Təhsil Nazirliyi ilə razılaşdırılaraq yerli təhsili idarəetmə orqanları tərəfindən açılır. Demək ki, bu məsələ daha çox təhsillə bağlıdır. 

O zaman “Mehnur” loqopedik mərkəzin açılması Elm və Təhsil Nazirliyindən razılaşdırılıb?

Nazirliyin mətbuat katibi Cəsarət Valehov sözügedən mərkəzin fəaliyyətə başlamasının onlarla razlaşdırılmadığını vurğulayıb.  Belə çıxır ki, sözügedən mərkəzin fəaliyyətindən heç bir dövlət qurumunun xəbəri olmayıb.

Vergi üzrə sistemdə isə “Mehnur” adlı hüquqi şəxs görünmür. Çox güman ki, mərkəzin rəhbəri Nuranə Hacızadə öz adına VÖEN açıb və obyekti elə təsis edib. 

Amma yenə də mərkəzin fəaliyyətə başlamasına icazənin hansı qurum tərəfindən verildiyi və yoldan keçənə məsuliyyətli bir mərkəzin etibar edilməsi qaranlıq qalır. Yaxud da bilərəkdən gizlədilir. Çünki razılıq olmadan hər hansı fəaliyyət mümkün deyil.
Xatırladaq ki, sosial şəbəkələrdə Nizami rayonunda yerləşən "Mehnur" loqopedik reabilitasiya mərkəzində azyaşlılara işgəncə verilməsi ilə bağlı görüntülər yayılıb. Daxili İşlər Nazirliyi tərəfindən müvafiq araşdırma aparılıb, mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli saxlanılıb.

Saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb. Ardınca isə mərkəzin direktoru Nuranə Hacızadə saxlanılıb və Nizami rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerinə yerləşdirilib.

Nuranə Hacızadə barəsində hələki cinayət işi açılmayıb. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO