"Tərtər işi": İşgəncələr nəticəsində ölən şəxslərdən birinin meyiti ekshumasiya edilib

Hazırda oxunan: "Tərtər işi": İşgəncələr nəticəsində ölən şəxslərdən birinin meyiti ekshumasiya edilib

92104

2017-ci ilin may-iyun aylarında "Tərtər işi" ilə bağlı işgəncələr nəticəsində ölən şəxslərdən birinin meyiti ekshumasiya edilib.

Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

"Tərtər işi" ilə bağlı işgəncələrə məruz qalan 288 yeni şəxs müəyyən edildi


Bildirilib ki, əvvəlki istintaq zamanı işgəncələr nəticəsində ölməsi müəyyən edilən şəxslərdən əlavə Təmkin Nizamioğlunun da işgəncələrə məruz qalması nəticəsində aldığı xəsarətlərdən xəstəxanada vəfat etməsi barədə sübutlar əldə edildiyindən, onun meyiti ekshumasiya olunub və keçirilən məhkəmə-tibbi ekspertizasının rəyi ilə də bu hal təsdiq olunub.

Cinayət-prosessual qanunvericiliyə uyğun olaraq qeyd edilən şəxsin yaxın qohumunun zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınması təmin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO