Siyəzəndəki yanğının qarşısı qismən alındı – ÖZƏL – YENİLƏNİB – FOTO

Siyəzəndəki yanğının qarşısı qismən alındı – ÖZƏL – YENİLƏNİB – FOTO

Hazırda oxunan: Siyəzəndəki yanğının qarşısı qismən alındı – ÖZƏL – YENİLƏNİB – FOTO

92023

Siyəzənin Zarat kəndi ərazisində, Bakıdan Rusiya sərhədinə çəkilən yeni yolun ətrafında qeydə alınan yanğının qarşısı qismən alınıb.

Zarat kənd bələdiyyəsinin sədri İmran Cəfərovun Bizim.Media-ya verdiyi açıqlamaya  görə, ilkin olaraq yarım hektar meşə sahəsi və yolun ətrafındakı kol-kos yandığı məlum olub.

Hazırda yanğının tam söndürülməsi işləri gedir. 

21:12

Siyəzən rayonunda meşə massivində yanğın başlayıb.

Bizim.Media xəbər verir ki, yanğın Xəzər dənizi sahilindən yeni çəkilən avtomobil yolunun yaxınlığında başlayıb.

Hadisə yerinə FHN-in Siyəzən Dövlət Yanğınsöndürmə Hissəsinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi və Siyəzən rayon RİH-in, meşə təsərrüfatı işçiləri cəlb olunub.

Aytəkin Alxaslı, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO